22 yanvar 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

İlk dəfə  türk astrofotoqrafın əsəri Aya göndərilir

20-01-2025
IMG

Aya baxıb sizə məxsus bir sənət əsərinin orada  olduğunu bildiyiniz zaman nə hiss edərdiniz? Aya göndərilən 47 əsər arasında "Ulduz tozu" adlı əsəri ilə yer alan Mustafa Aydın sənəti ayda yaşanacaq  ilk türk astrofotoqrafdır. 

Gözlə görə bilmədiyimiz qalaktikaları çəkmək onun illərdir arzusu olub...Təxminən 10 ildir işıq çirkliliyindən uzaq yerlərdə səmanı fotoşəkillərdə yaşadan Aydın üçün indi böyük həyəcan var... Şəkilləri dünyanın hər yerində sərgilənən Aydının "Ulduz tozu" əsəri “MoonMars” layihəsi çərçivəsində Ay səthindəki Mare Crisium bölgəsinə gedir. 

Onun işi ümumilikdə 47 sənət əsərinin yer aldığı xüsusi kolleksiyanın bir hissəsi kimi bəşəriyyətin yaradıcılığını Aya gətirəcək. MoonMars Muzeyi Ay və Mars kimi göy cisimləri üzərində sənət və elmi bir araya gətirən təşəbbüsdür. Layihə dünyanın hər yerindən rəssamların əsərlərini Aya gətirməklə bəşəriyyətin bədii irsini kainatın başqa guşələrinə daşımaq məqsədi daşıyır.

Kolleksiya “Firefly Aerospace” şirkətinin LifeShip adlı kiçik, piramida şəkilli qutunun içərisində yerləşdirilmiş Blue Ghost eniş aparatı ilə Aya çatdırılacaq. Kosmik gəmi “SpaceX”-in Falcon 9 raketi ilə buraxılıb və səyahət təxminən 46 gün çəkəcək.

Aya sənət əsəri göndərən ilk türk sənətçisi olmaqdan qürur duyduğunu bildirən Mustafa Aydın deyir ki, iz buraxmaq həqiqətən qürurverici və həyəcanlıdır. Aya baxanda təxminən 400 min kilometr uzaqlıqda olan bir göy cismində özünə aid bir şey görürsən.Bu hissi sözlərlə ifadə etmək imkansızdır."

Paylaş: