Zəfər Muzeyi üçün 10 minə yaxın eksponat toplanıb, proses davam edir
2021-ci ilin yanvar ayından Zəfər Muzeyi üçün eksponatların toplanılması İstiqlal Muzeyinə həvalə olunub. Hazırda Zəfər Muzeyi üçün 9255 eksponat toplanılıb.
Fhnews.az xəbər verir ki, bunu İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli deyib.
Onun sözlərinə görə, Birinci və İkinci Qarabağ müharibəsi, eləcə də 44 günlük Vətən müharibəsi şəhidlərinin ailələrindən, qazilərdən əşyaların toplanılması işi Zəfər Muzeyi fəaliyyətə başlayana qədər aparılacaq.
O bildirib ki, Zəfər Muzeyi üçün həmçinin 44 günlük Vətən müharibəsi zamanı şəhid olmuş mülki şəxslərin də əşyaları toplanır.
Qeyd edək ki, Azərbaycan Prezident İlham Əliyev 2020-ci il dekabrın 3-də Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb.
Zəfər Muzeyi üçün 10 minə yaxın eksponat...
Ötən il Azərbaycanı 2,6 milyondan çox...
Ötən il Dövlət Turizm Agentliyinin...
20 Yanvar şəhidlərinin əziz xatirəsinə...
Ordubadda tarix-memarlıq abidəsinin...