22 yanvar 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Boluda otel yanğını: Ölənlərin sayı 66, yaralı sayı isə 51-dir

21-01-2025
IMG

Bu barədə Türkiyənin Daxili İşlər Naziri Əli Yerlikaya açıqlama verib. Nazir “Təəssüflər olsun ki, baş verən yanğında 66 canımızı itirdik, 51 yaralı var. Otelin arxası yamac olduğu üçün müdaxilə ön tərəfdən edildi və yan fasadlarla bağlı məhkəmə istintaqı başladıldı."

Yaralıların vəziyyəti ilə bağlı açıqlama verən Səhiyyə Naziri Kamal Memişoğlu "66 vətəndaşımızın həyatını itirdiyi yanğında 51 yaralımız var, onlardan birinin vəziyyəti ağırdır. Digərlərinin müalicəsi davam edir. 17 yaralımızı xəstəxanadan çıxardıq”-deyərək  yanğında dünyasını dəyişənlərə Allahdan rəhmət diləyib. 

Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoy isə otelin tip və təsnifat yoxlamaları barədə məlumat verərək deyib ki, 2021 və 2024-cü illərdə  müəssisə açmaq üçün fəaliyyət lisenziyaları və yanğın kvalifikasiya lisenziyaları tələb olunub. Otelin yanğına uyğunluq sertifikatı mövcuddur və iki yanğın nərdivanı var.

Qeyd edək ki, hadisəni birbaşa nəzarətində saxlayan Prezident Rəcəb Tayyib Ərdoğan Kartalkayada baş verən yanğına görə məsuliyyət daşıyanların  cavab verəcəklərini deyib və əlavə edib ki, hadisə ilə bağlı 6 prokuror və bir ekspert komissiyası təyin edilib. Hadisənin bütün istiqamətlərinin işıqlandırılması və məhkəmənin keçirilməsi üçün  lazımi addımlar atılacaq.

Paylaş: