22 yanvar 2025, çərşənbə Bakı, 9°C
IMG-LOGO

Sarayevo dünyanın ən çirkli havasına malik şəhərləri siyahısına başçılıq edir

22-01-2025
IMG

Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhəri hava çirkliliyinə görə dünyanın böyük şəhərləri və paytaxtları siyahısında ilk pillədə qərarlaşıb.

Fhnews.az xəbər verir ki, bu barədə mərkəzi ofisi İsveçrədə yerləşən “IQAir” hava keyfiyyəti texnologiyası şirkəti məlumat yayıb.

Sarayevoda havanın keyfiyyət indeksi 400 olaraq qeydə alınıb. Şəhər havanın keyfiyyət indeksinə görə təhlükəli və qeyri-sağlam olaraq təsnif edilib. Belə ki, Sarayevoda PM2.5 konsentrasiyası Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi illik göstəricidən 61 dəfə yüksəkdir.

Əhaliyə çirkli hava ilə əlaqədar xəbərdarlıq edilib, vətəndaşlara təhlükəli kimi təsnif edilən açıq hava fəaliyyətlərindən çəkinmələri tövsiyə olunub. Bildirilib ki, belə havaya məruz qalma ürək və ya ağciyər xəstəliklərinin pisləşməsinə əhəmiyyətli dərəcədə təsir edə bilər. Həmçinin açıq havada qoruyucu tənəffüs filtrləri olan xüsusi maskalardan istifadə etmək tövsiyə olunur.

Qeyd edək ki, siyahıda ilk üçlükdə havanın keyfiyyət indeksi 265 olan Banqladeşin paytaxtı Dəkkə və Çinin Chongqing şəhəri (keyfiyyət indeksi 212) yer alıb.

“IQAir” şirkəti dünyada 10 mindən çox ölçmə stansiyasına malikdir.

Paylaş: