Beynəlxalq sertifikatlaşdırma təşkilatının nümayəndələri növbəti dəfə “Azəriqaz”da olublar
“TÜV Austria Azərbaycan” MMC beynəlxalq sertifikatlaşdırma təşkilatının nümayəndələri ilə “Azəriqaz” İB-nin rəhbər şəxsləri arasında görüş baş tutub.
İB-nin mətbuat xidmətindən bildirilib ki, toplantıda birliyin rəhbər şəxsləri çıxış edərək yenidən “TÜV Austria Azərbaycan” MMC ilə ISO sertifikatlarının tətbiqi sahəsində əməkdaşlıqdan məmnunluq ifadə edib və audit dövrü ərzində bütün lazımi imkanların təmin olunacağını bildiriblər. “TÜV Austria Azərbaycan”ın nümayəndələri də göstərilən etimada görə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, 2024-cü ildə “Azəriqaz” İB və “TÜV Austria Azərbaycan” MMC beynəlxalq sertifikatlaşdırma təşkilatı ilə hər 5 ISO standartları üzrə (ISO 9001, ISO 14001, ISO 45001, ISO 10002 və ISO 50001) sertifikatlaşdırma işlərinin aparılması üçün yeni müqavilə bağlanılıb.
“SİMA İmza” tətbiqinin yüklənmə sayı 3...
Ötən il İran ilə Azərbaycan arasında...
Ötən il zavodlarda 1088 gəmi təmir...
“Baku Steel Company” QSC Amerika Neft...
Mərkəzi Bank bu il də valyuta bazarında...