Türkiyə Prezidenti Kartalkayadakı oteldə baş verən yanğınla bağlı dərhal məlumat alıb
Prezident Rəcəb Tayyib Ərdoğan Bolu Kartalkaya xizək mərkəzində oteldə baş verən yanğınla bağlı Daxili İşlər Naziri, Səhiyyə Naziri,AFAD rəhbəri və Bolu valisi ilə əlaqə yaradaraq hadisə ilə bağlı ətraflı məlumat alıb.
Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun sosial media hesabından Bolu Kartalkaya xizək mərkəzində oteldə baş verən yanğınla bağlı açıqlama verib. Bütün qurum və təşkilatların işlərini dəqiqliklə davam etdirdiklərini bildirən Altun paylaşımında bunları qeyd edib:
“Prezident Rəcəb Tayyib Ərdoğan yanğından dərhal sonra Daxili İşlər Naziri Əli Yerlikaya, Səhiyyə Naziri Kamal Memişoğlu, AFAD prezidenti Okay Memiş və Bolu valisi Əbdüləziz Aydınla görüşərək hadisə ilə bağlı məlumat aldı. Cənab Prezident Əmək və Sosial müdafiə naziri Vedat Işıkhan, Daxili İşlər Naziri Əli Yerlikaya, Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ərsoy və Səhiyyə Naziri Kamal Memişoğluna lazımi işləri görmək üçün Boluya getməyi tapşırıb. Yanğının başvermə səbəbləri ilə bağlı dərhal hərtərəfli araşdırmalara başlanılıb. Bu prosesdə vətəndaşlarımızın rəqəmsal və ənənəvi mediada dezinformasiya və ya manipulyasiya ehtiva edən yazı və nəşrlərə qarşı həssas və diqqətli olmaları çox vacibdir”.
Media qurumlarının bu prosesdə həssas və məsuliyyətli yayıma üstünlük verməsi lazım olduğunu vurğulayan Altun "Yanğınla bağlı aidiyyatı nazirlərimizin və digər rəsmi qurum və məsul şəxslərin verəcəyi açıqlamalar və məlumatlar əsas götürülməlidir. Bu ürək parçalayan hadisədə həyatını itirənlərə rəhmət, yaralananlara şəfa diləyirik.”-deyib.
İranda neft obyektində yanğın baş verib...
ABŞ-da anomal soyuq hava 10 nəfərin...
Sarayevo dünyanın ən çirkli havasına...
Hindistanda iki yol qəzasında 13 nəfər...
ABŞ-da qar fırtınası...