Baş nazir Əli Əsədov Türkiyənin Vitse-prezidentinə başsağlığı verib
Azərbaycanın Baş naziri Əli Əsədov yanvarın 21-də Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaza başsağlığı məktubu ünvanlayıb.
Nazirlər Kabinetindən verilən məlumata görə, Ə.Əsədov Türkiyənin Bolu vilayətində yerləşən xizək mərkəzində baş verən yanğın nəticəsində insan tələfatı və yaralananlar barədə xəbəri dərin kədər hissi ilə qarşıladığını bildirib. Bu ağır faciə ilə əlaqədar Türkiyənin Vitse-prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib, bütün yaralılara şəfa diləyib.
Azərbaycan, Qazaxıstan və Özbəkistan...
Türkiyənin ölkəmizdəki səfiri Qərbi...
Milli Məclisin sədri Azərbaycanın...
Milli Məclisin sədri Sahibə Qafarova...
Mərkəzi Seçki Komissiyasının növbəti...