22 yanvar 2025, çərşənbə Bakı, 9°C
IMG-LOGO

Baş Prokurorluq: Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan 54,4 milyon dollar ölkəyə qaytarılıb

22-01-2025
IMG

Xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycan Respublikasına qaytarmamaları ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlar əsasında prokurorluq orqanlarında başlanan cinayət işlərinin ibtidai istintaqı davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, indiyədək Bakının Nizami, Qaradağ və Binəqədi Rayon prokurorluqları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində bəzi sahibkarlıq subyektlərinin xarici ölkələrə ixrac edilmiş kənd təsərrüfatı məhsullarının alqı-satqısından əldə etdikləri pul vəsaitlərinin 54,4 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 92,4 milyon manatdan artıq) hissəsinin ölkəmizdə müvəkkil edilmiş bank hesabına qaytarılması təmin olunub.

Prokurorluq orqanları tərəfindən həmin kateqoriya araşdırmalara dair, yəni müxtəlif şəxslər tərəfindən mal və məhsulların ixracı nəticəsində əldə olunan pul vəsaitlərinin ölkəmizdə müvəkkil bank hesablarına qaytarılması sahəsində zəruri prosessual tədbirlərin icrası davam etdirilir.

Paylaş: