22 yanvar 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Yerin maqnit qütbünün  yeni mövqeyi təyin edilib

22-01-2025
IMG

ABŞ və Böyük Britaniyadan olan tədqiqatçılar da daxil olmaqla elm adamları daim hərəkətdə olan maqnit şimal qütbünün son mövqeyini təyin edən yeni model nəşr etdirərək, qütb mərkəzinin şərqə doğru yerdəyişməsinin beş il əvvələ nisbətən Sibirə daha yaxın olduğunu aşkar ediblər.

Maqnit qütbünün yeni mövqeyini təyin edən alimlər arasında yer alan Britaniya Geoloji Xidmətindən geofizik və geomaqnetizm tədqiqatçısı Uilyam Braun deyib ki, böyük aviaşirkətlər yeni modelə uyğunlaşmaq üçün bütün donanmalarında naviqasiya proqram təminatını yeniləyəcək. NATO-dakı hərbçilər də bütün növ avadanlıqlarda bir çox mürəkkəb naviqasiya sistemlərində proqram təminatını yeniləməli olacaqlar.

ABŞ Milli Okean və Atmosfer Administrasiyasının baş tədqiqatçısı Arnaud Chulliat bildirib ki, son yeniləmə ilə alimlər əvvəlki modelin maqnit şimalının 2025-ci ilə qədər harada olacağı ilə bağlı proqnozlarının doğruluğunu təsdiqləyiblər.

Alimlər son illərdə maqnit şimalının hərəkət sürətində “dramatik” dəyişikliklərin olduğunu bildirir və qeyd edirlər ki, bu fenomenin əsas səbəbini izah etmək mümkün deyil.Onların fikrincə, Yerdəki həyat 100 milyon ildən çox müddət ərzində çoxsaylı maqnit dönüşlərinin şahidi olub, lakin müasir texnologiya ilə bu heç vaxt baş verməyib.

Qlobal yerləşdirmə sistemləri, o cümlədən təyyarələr və gəmilər Dünya Maqnit Modelindən istifadə edərək maqnit şimalı tapırlar.

Britaniya Geoloji Xidməti və NOAA tərəfindən hazırlanmış bu model maqnit şimalın müəyyən edilmiş mövqeyini qeyd edir və son bir neçə ilin trayektoriyasına əsaslanaraq gələcək sürüşməni proqnozlaşdırır.

Məlumdur ki, maqnit şimal qütbü İngilis kəşfiyyatçısı Ser Ceyms Klark Ross tərəfindən 1831-ci ildə Şimali Kanadada, əsl Şimal Qütbündən təqribən 1610 kilometr cənubda kəşf edilib və hər il şərqə doğru hərəkət edərək Sibirə yaxınlaşır.

Paylaş: