22 yanvar 2025, çərşənbə Bakı, 10°C
IMG-LOGO

Əriyən buzlaqlar milyonlarla insan üçün uzunmüddətli su təhlükəsizliyini təhdid edir

21-01-2025
IMG

Ümumdünya Meteorologiya Təşkilatının  baş katibi Celeste Saulo bildirib ki, əriyən buzlaqlar milyonlarla insan üçün uzunmüddətli su təhlükəsizliyini təhdid edir.

Qurumdan verilən yazılı açıqlamada qeyd olunub ki, Ümumdünya Meteorologiya Təşkilatı və Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı tərəfindən   bu gün “Beynəlxalq Buzlaqların Qorunması İli” təşəbbüsünə rəsmən başlanıb. 

Bəyanatda vurğulanıb ki, “Beynəlxalq Buzlaqların Mühafizəsi İli” dünyada 2 milyarddan çox insanı şirin su ilə təmin edən buzlaqların qorunması istiqamətində qlobal səylərdə mühüm mərhələdir.

Açıqlamada qeyd olunur ki, dünyada 275 mindən çox buzlaq təxminən 700 min kvadrat kilometr ərazini əhatə edir. Buzlaqlar və buz təbəqələri qlobal şirin suyun təxminən 70 faizini saxlayır. Bununla belə, buz birləşmələri iqlim dəyişikliyi səbəbindən sürətlə geri çəkilir. Bu mühüm resursların qorunması ekoloji davamlılıq üçün vacibdir.

Bəyanatda fikirlərini əks etdirən Ümumdünya Meteorologiya Təşkilatının Baş Katibi Celeste Saulo buzlaqların 2023-cü ildə ən böyük kütləvi itkiyə məruz qaldığını xatırladıb. Saulo "Əriyən buzlaqlar milyonlarla insan üçün uzunmüddətli su təhlükəsizliyini təhdid edir. Bu beynəlxalq il dünya üçün bir xəbərdarlıq çağırışı olmalıdır"-deyib.

Paylaş: