“SİMA İmza” tətbiqinin yüklənmə sayı 3 milyonu ötüb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC-nin yaratdığı “SİMA İmza” mobil tətbiqinin yüklənmə sayı 3 milyonu ötüb. Son beş ayda tətbiq 1 milyondan çox yükləndiyi üçün göstəricidə bu artım qeydə alınıb.
Nazirlikdən verilən məlumata görə, 2022-ci ildə istifadəyə verilmiş “SİMA İmza” bu müddətdə əhatə dairəsini xeyli genişləndirib. Hazırda yeni nəsil rəqəmsal imzanın tərəfdaşlarının sayı 70-ə yaxındır. Təkcə “digital.login” vahid giriş sistemi üzərindən 150-dən çox hökumət portalına “SİMA İmza” ilə giriş təmin edilib.
Bundan başqa, 40-a yaxın maliyyə qurumu (o cümlədən 10 bank) SİMA rəqəmsal imza vasitəsilə müxtəlif xidmətlərini rəqəmsallaşdırıb. “SİMA İmza” tətbiqi yaradılandan sonra vətəndaşların və qurumların elektron imza əldə etməsi üçün xidmət mərkəzlərindən asılılığa son qoyulub. İnternetə çıxış olan istənilən yerdə, istənilən vaxt smartfon vasitəsilə yeni nəsil rəqəmsal imzanın əldə olunması mümkündür. Bunun üçün sadəcə “SİMA İmza” tətbiqini smartfona yükləyib qeydiyyatdan keçmək kifayətdir. Tətbiq vətəndaşlar üçün ödənişsizdir.
“SİMA” rəqəmsal imza ölkənin rəqəmsal transformasiyasını sürətləndirir, dövlət-özəl tərəfdaşlığı çərçivəsində həm vətəndaş məmnuniyyətinin yüksəldilməsinə, həm də şəxslərin rəqəmsal hökumət konseptindəki rolunun aktivləşməsinə təkan verir. Belə ki, rəqəmsal imzanın imkanları vaxta və xərcə qənaət imkanı yaradır. Fiziki müraciətlərin qəbulu üçün əlavə işçi və kağız sənədlər saxlamağa ehtiyac qalmır. Uzun və yorucu növbə prosesləri aradan qalxır.
“SİMA İmza” tətbiqində süni zəka və biometrik eyniləşdirmənin tətbiqi elektron imza sektorunda etibarlılıq amilini yüksək səviyyəyə çatdırır. Üztanıma texnologiyası sayəsində elektron imzalardan sui-istifadə hallarının qarşısı alınır. “SİMA” yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı sima.az saytından və “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar.
2022-ci ildə istifadəyə verilmiş “SİMA İmza” bu müddətdə əhatə dairəsini xeyli genişləndirib. Hazırda yeni nəsil rəqəmsal imzanın tərəfdaşlarının sayı 70-ə yaxındır. Təkcə “digital.login” vahid giriş sistemi üzərindən 150-dən çox hökumət portalına “SİMA İmza” ilə giriş təmin edilib. Bundan başqa 40-a yaxın maliyyə qurumu (o cümlədən 10 bank) “SİMA” rəqəmsal imza vasitəsilə müxtəlif xidmətlərini rəqəmsallaşdırıb.
“SİMA İmza” tətbiqi yaradılandan sonra vətəndaşların və qurumların elektron imza əldə etməsi üçün xidmət mərkəzlərindən asılılığa son qoyulub. İnternetə çıxış olan istənilən yerdə, istənilən vaxt smartfon vasitəsilə yeni nəsil rəqəmsal imzanın əldə olunması mümkündür. Bunun üçün sadəcə “SİMA İmza” tətbiqini smartfona yükləyib qeydiyyatdan keçmək kifayətdir. Tətbiq vətəndaşlar üçün ödənişsizdir.
SİMA rəqəmsal imza ölkənin rəqəmsal transformasiyasını sürətləndirir, dövlət-özəl tərəfdaşlığı çərçivəsində həm vətəndaş məmnuniyyətinin yüksəldilməsinə, həm də şəxslərin rəqəmsal hökumət konseptindəki rolunun aktivləşməsinə təkan verir. Belə ki, rəqəmsal imzanın imkanları vaxta və xərcə qənaət imkanı yaradır. Fiziki müraciətlərin qəbulu üçün əlavə işçi və kağız sənədlər saxlamağa ehtiyac qalmır. Uzun və yorucu növbə prosesləri aradan qalxır.
“SİMA İmza” tətbiqində süni zəka və biometrik eyniləşdirmənin tətbiqi elektron imza sektorunda etibarlılıq amilini yüksək səviyyəyə çatdırır. Üztanıma texnologiyası sayəsində elektron imzalardan sui-istifadə hallarının qarşısı alınır.
Azərbaycanın Davos Forumunda iştirakı...
“Azərpoçt” yeni “Mobil POS” xidmətini...
Daha bir neçə avtobus marşrutu üzrə...
Çaykənd-Quşçu-Sarısu yolunda sürüşmənin...
Şımkent-Bakı aviareysinin açılması...