22 yanvar 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Çində dünyada ilk dəfə insanlar və robot-humanoidlər arasında marafon keçiriləcək

21-01-2025
IMG

Çində dünyada ilk dəfə olaraq insanlar və insanabənzər robotların birgə yarışacağı qaçış təşkil etmək planlaşdırılıb.

Fhnews.az “South China Morning Post” (SCMP) agentliyinə istinadla xəbər verir ki, marafonun aprel ayında Pekinin Dasin rayonu ərazisində keçirilməsi nəzərdə tutulub.

Nəşrin məlumatına görə, dünya üzrə müxtəlif şirkətlər tərəfindən hazırlanmış humanoid robotlar 12 000 nəfər qaçışçı insanla birgə yarışda iştirak edəcək.

Bu hadisə Çinin süni intellekt və robot texnikasının inkişafı üzrə kütləvi proqramının bir hissəsidir, təşəbbüs isə ABŞ-la texnologiya yarışında ölkənin mövqeyinin möhkəmləndirilməsinə, cəmiyyətin yaşlanması və doğum hallarının azalması kimi problemlərin həllinə yönəldilib.

Yarışda 20-dən çox şirkətin istehsal etdiyi robotlar iştirak edəcək. Təşkilatçılar dünya üzrə araşdırma institutlarını, robot texnikası klublarını və universitetləri də iştirak üçün dəvət ediblər. İstehsalçılardan əsas tələb olaraq robotların maksimum dərəcədə insana oxşaması göstərilib. Onlar, həmçinin təkərlər istisna olmaqla, iki ayaq üzərində gəzə və qaça bilmələri üçün mexaniki strukturla təchiz edilməlidir. Humanoidin boyu 0.5 – 2 metr hündürlüyündə olmalıdır. Yarışda uzaqdan idarə olunan və ya avtonom robotlar iştirak edə, həmçinin yürüş zamanı onların batareyaları dəyişdirilə bilər.

Əldə olunmuş məlumata görə, bu unikal yarışın məsafəsi 21 kilometrdir. Üç ən yaxşı iştirakçı mükafat qazanacaq.

“Pekinin iqtisadi-texnoloji inkişaf rayonu tərəfindən təqdim edilən şərtlərə əsasən, bütün dünya üzrə şirkətlər, elmi-araşdırma institutları, robot texnikası klubları və universitetlər marafonda iştirak edəcəklər” – deyə məlumatda qeyd olunub.

Paylaş: