Qazaxıstanda qeyri-sabit hava şəraiti səbəbindən mindən çox avtomobil yollarda qalıb
Qazaxıstanın Karaqanda əyalətində qeyri-sabit hava şəraiti səbəbindən yollarda vəziyyət mürəkkəb olaraq qalır.
Fhnews.az “Kazinform” agentliyinə istinadla xəbər verir ki, yollarda hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis-patrul batalyonunun və ərazi bölmələrinin şəxsi heyəti gücləndirilmiş iş rejiminə keçirilib.
Hava şəraitinin pisləşməsi ilə bağlı polislər avtomobil yollarının daimi monitorinqini aparır, yollarda köməksiz vəziyyətdə qalmış sürücülərə yardım edirlər.
Yanvarın 21-nə olan məlumata görə, Karaqanda əyalətində 1000-dən çox nəqliyyat vasitəsi, o cümlədən 527 minik, 500 yük avtomobili, həmçinin 9 ictimai nəqliyyat vasitəsi yollarda qalıb.
İranda neft obyektində yanğın baş verib...
ABŞ-da anomal soyuq hava 10 nəfərin...
Sarayevo dünyanın ən çirkli havasına...
Hindistanda iki yol qəzasında 13 nəfər...
ABŞ-da qar fırtınası...