22 yanvar 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Nazir Kəmaləddin Heydərov Türkiyənin daxili işlər naziri Əli Yerlikayaya və qardaş ölkənin Bakıdakı Səfirliyinə başsağlığı verib

21-01-2025

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Türkiyənin Bolu vilayətinin Kartalkaya xizək mərkəzində yerləşən oteldə baş vermiş yanğınla əlaqədar qardaş ölkənin daxili işlər naziri Əli Yerlikayaya və Türkiyənin Bakıdakı Səfirliyinə başsağlığı məktubu göndərib.

Nazir yanğın nəticəsində çox sayda insanın həlak olması ilə bağlı başsağlığını çatdırıb, yaralananların tezliklə sağalmasını dilədiyini bildirib.

Paylaş: