22 yanvar 2025, çərşənbə Bakı, 10°C
IMG-LOGO

Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyədə baş verən yanğınla bağlı paylaşım edib

21-01-2025
IMG

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyədə baş verən yanğınla bağlı rəsmi instaqram səhifəsində paylaşım edib.

Fhnews.az xəbər verir ki, paylaşımda deyilir: “Başın sağ olsun, Türkiyə! Yanğın nəticəsində həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara güc və səbir diləyirəm. Yaralananların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrı xalqlarımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!”.

Paylaş: