İsrailin milli təhlükəsizlik naziri Ben-Qvir istefa verib (Yenilənib)
Son dəqiqə xəbərinə görə, İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir istefa verib.İstefa səbəbləri ilə bağlı daha ətraflı növbəti xəbərlərdə məlumat veriləcək.
Milli təhlükəsizlik naziri ifrat sağçı İtamar Ben-Qvir və onun rəhbərlik etdiyi Yəhudi Güc Partiyasının nazirlərinin kabinetdəki vəzifələrindən istefa verdiklərini açıqlayıb.
Açıqlamada partiyanın lideri Ben Qvirin Milli Təhlükəsizlik Nazirliyindən, Yitzchak Vasserlaufun Negev və Galilee İnkişaf Nazirliyindən, Amichai Eliyahu-nun İrs Nazirliyindən istefa verdiyi bildirilib.
Ben-Qvir razılaşmanın həyata keçirilməsindən sonra kabinetdəki Yəhudi Güc Partiyasının digər nazirləri ilə birlikdə istefa verəcəyini açıqlamışdı.
Qəzzada atəşkəs qüvvəyə mindiyi zaman hökumətdən istefa verəcəyini açıqlayan Ben-Qvir İsrailin baş naziri Binyamin Netanyahunun onu koalisiyada qalmasına razı salmaq üçün işğal altındakı ərazilərdə daha çox İsrail yaşayış məntəqəsi yaratmağa çalışdığını bildirib.
İsrail Baş nazirinin dəftərxanasından verilən açıqlamada, Ben-Qvirə koalisiyada qalacağına dair vədlər verildiyi iddiasının "tam yalandır" olduğu bildirilib.
Ben-Qvirin rəhbərlik etdiyi Yəhudi Güc Partiyasının 6 deputatı var.
İranda neft obyektində yanğın baş verib...
ABŞ-da anomal soyuq hava 10 nəfərin...
Sarayevo dünyanın ən çirkli havasına...
Hindistanda iki yol qəzasında 13 nəfər...
ABŞ-da qar fırtınası...