Los-Ancelesdə iğtişaş: İnsanlar narahatdır...
ABŞ-nın Los-Anceles şəhəri yanvarın 7-də başlayan yanğınlar nəticəsində külə dönüb. Yanğının söndürülməsi üçün səylər davam edərkən, yerli sakinlər bələdiyyə sədri Karen Bassın evinin qarşısında "istefa" şüarları səsləndirərək nümayiş keçiriblər.
Amerikanın nüfuzlu “New York Post” qəzetinin verdiyi xəbərə görə, kirayə evlərin qiymətlərinin artması da Los-Anceles bölgəsinin sakinlərini narahat edib. Yanvarın 7-də Los-Ancelesdə başlayan yanğın Santa Ana küləkləri ilə bir anda fəlakətə çevrilib. Mələklər şəhərində yanğın nəticəsində 40 min dekar ərazi külə dönüb.
Hər 1000 nəfərə 1 yanğınsöndürən düşdüyü şəhərdə yanğın nəticəsində 27 nəfərin öldüyü, 35 nəfərin itkin düşdüyü bildirilir. Kaliforniya Yanğınsöndürmə İdarəsi 12 mindən çox strukturu məhv edən yanğının 43 faizinin nəzarət altına alındığını açıqlayıb.
Yanğından istifadə edən talançılar sayəsində Vəhşi Qərbə çevrilən Los-Ancelesdə korrupsiya araşdırması açdığı bildirilən bələdiyyə sədri Karen Bassın evinin qarşısında etiraz aksiyası keçirilib.
Təxminən 40 etirazçıdan ibarət komanda yaşadıqları vəziyyətə qarşı üsyan edib və Bassın istefasını tələb edən şüarlar səsləndirib. Bələdiyyə sədrinin məsuliyyətsiz hərəkəti, yanğın təhlükəsinin artdığını bilə-bilə şəhəri tərk etməsi etirazçıların qəzəbinə səbəb olub.
Los-Anceles Yanğınsöndürmə İdarəsinin rəisi Kristin Krouliyə qarşı təzyiqlər günü-gündən artmaqda davam etdiyindən, yanğınlara cavab tədbirlərini düzgün idarə edə bilmədiyi üçün istefası tələb olunub.
Yanğınla mübarizə aparan Los-Anceles yanğınsöndürənlərinin istefa tələbi ilə yazdığı 5 səhifəlik məktubda deyilir ki,əgər siz hər şeyi düzgün etsəydiniz vəyanğınsöndürmə idarəsini böyük bir hadisə üçün əvvəlcədən hazırlasaydınız,bu qədər çox itki olmazdı.
İranda neft obyektində yanğın baş verib...
ABŞ-da anomal soyuq hava 10 nəfərin...
Sarayevo dünyanın ən çirkli havasına...
Hindistanda iki yol qəzasında 13 nəfər...
ABŞ-da qar fırtınası...