Ötən il Energetika Nazirliyi tərəfindən 194 icazə verilib
2024-cü il ərzində Energetika Nazirliyi tərəfindən ümumilikdə 194 icazə verilib.
Nazirlikdən verilən məlumata görə, “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı üzrə 13, idxalı üzrə 142 və tranziti üzrə 32 icazə verilib.
İl ərzində, həmçinin mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə 2, ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamə ilə bağlı 1, elektrik enerjisinin istehsalına 3, ixracına isə 1 icazə verilib.
Hesabat dövründə bütün icazələrin verilməsi 7 saylı Bakı "ASAN xidmət" mərkəzi vasitəsilə həyata keçirilib.
“SİMA İmza” tətbiqinin yüklənmə sayı 3...
Ötən il İran ilə Azərbaycan arasında...
Ötən il zavodlarda 1088 gəmi təmir...
“Baku Steel Company” QSC Amerika Neft...
Mərkəzi Bank bu il də valyuta bazarında...