22 yanvar 2025, çərşənbə Bakı, 10°C
IMG-LOGO

Hollandiyada lalə mövsümü həyəcanı başlayıb

19-01-2025
IMG

Hollandiyanın simvollarından biri olan lalə mövsümü bu il də rəngarəng başlayıb. Amsterdamda hər il keçirilən Milli Lalə Günü tədbiri laləsevərləri bir araya gətirib. Yanvar ayının üçüncü şənbə günü Muzey Meydanında keçirilən tədbirdə iştirakçılar məşhur “Özün seç” aksiyası ilə meydanı bəzəyən lalələrdən öz buketlərini düzəldiblər. Bu il tədbir Amsterdamın yaranmasının 750 illiyi ilə daha da mənalı olub. 
Lalə mövsümü Hollandiyanın iqtisadiyyatı və turizmi üçün böyük əhəmiyyət kəsb edir. Ölkədə hər il 4 milyard lalə istehsal edildiyi halda, onun yarısı xaricə ixrac olunur. Lisse şəhərindəki Keukenhof Parkı dünyanın ən böyük lalə bağlarından biri kimi hər il 1,5 milyon turistin diqqətini çəkir. 32 hektar əraziyə yayılan parkda 90-dan çox ağac növü var və ziyarətçilərə unikal təbiət təcrübəsi təqdim edir.

Paylaş: