22 yanvar 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Boluda baş verən yanğında ölənlərin sayı 76-ya yüksəlib

21-01-2025
IMG

Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya Boluda baş verən yanğında həyatını itirənlərin sayının 76-ya yüksəldiyini, yanğınla əlaqədar 9 nəfərin saxlanıldığını açıqlayıb.

Daxili İşlər Nazirinin yanğınla bağlı mətbuata açıqlamasında bu ifadələr yer alıb : “Bu gün səhər saat 03.27-də  səbəbi hələlik rəsmi orqanlar tərəfindən müəyyən edilməmiş yanğın çıxıb.Yanğın hər cür texnika və insan resursları ilə birlikdə söndürülüb. Ürəyimiz parçalanır… Təəssüflər olsun ki, ölənlərimizin sayı 76-dır. 

52 cəsədin kimliyi  təyin olunub. Həlak olan 45 vətəndaşın cənazəsi ailələrinə təhvil verilib. Digərlərinin kimliyini müəyyən edə bilmədik. Ədliyyə Tibb Qurumunda şəxsiyyət və DNT aşkarlama işləri aparılır. Bunlar tez bir zamanda tamamlandıqdan sonra cənazələr ailələrinə təhvil veriləcək.”

Paylaş: