75-ci Beynəlxalq Berlin Film Festivalında 19 film “Qızıl ayı” uğrunda yarışacaq
Fevralın 13-23-də Almaniyanın paytaxtı Berlində keçiriləcək 75-ci Beynəlxalq Film Festivalında 19 filmin “Qızıl ayı” baş mükafatı uğrunda mübarizə aparacağı bildirilib. “Berlinale”nin direktoru Tricia Tuttleın iştirak etdiyi mətbuat konfransında festivalın proqramı təqdim edilib.
Fevralın 13-də alman rejissoru Tom Tykverin “İşıq” filmi ilə açılacaq festivalda “Qızıl ayı” baş mükafatı uğrunda 17-si dünya premyerası olmaqla 19 film yarışacaq.
Festival boyunca müxtəlif kateqoriyalar üzrə 74 ölkədən ümumilikdə 240 film nümayiş olunacaq.
Festivalda "Qızıl ayı" və "Gümüş ayı" mükafatlarını alacaq filmləri müəyyən edəcək münsiflər heyətinin sədri amerikalı rejissor, ssenarist və prodüser Todd Haynes olacaq, digər münsiflər isə daha sonra açıqlanacaq.
Bu il Berlinale Onur Mükafatına layiq görülən şotland aktrisa Tilda Svinton mükafatını fevralın 13-də keçiriləcək festivalın açılış qalasında alacaq.
Mükafatlar fevralın 22-də dünya şöhrətli aktyorların qatılacağı festivalda öz sahiblərini tapacaq.
İranda neft obyektində yanğın baş verib...
ABŞ-da anomal soyuq hava 10 nəfərin...
Sarayevo dünyanın ən çirkli havasına...
Hindistanda iki yol qəzasında 13 nəfər...
ABŞ-da qar fırtınası...