Çin "CERES-1" raketi ilə 5 peyk buraxıb
Çin özəl bir şirkət tərəfindən hazırlanmış ilk daşıyıcı raket “CERES-1” ilə kosmosa 5 peyk göndərib. Çinin “Xinhua” agentliyinin xəbərinə görə, peyklər buraxıldıqdan sonra planlaşdırılmış orbital mövqelərində qərarlaşsa da, bu, “CERES-1” raketi ilə 16-cı uğurlu nəqliyyat missiyası olub.
“Galactic Energy” tərəfindən hazırlanmış 19 metr uzunluğunda və 1,4 metr enində olan “CERES-1” raketi Aşağı Yer Orbitinə 350 kiloqrama qədər faydalı yük daşıya bilir. İndiyədək 63 peyk “CERES-1” ilə orbitə çıxarılıb.
Dövlətə məxsus Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası tərəfindən istehsal edilən “Long March” raketləri Çinin kosmik proqramında əsas daşıyıcı kimi istifadə olunur.
Son illər dünyada özəl sektorun kosmik raket istehsalına marağının artması ilə paralel olaraq Pekin rəhbərliyinin də bu sahədə özəl sektorun təşəbbüslərini dəstəklədiyi müşahidə olunur. Galactic Energy-dən başqa, Çin özəl şirkətləri Space "SQX-1Y1", Space Pioneer "TL-2 Y1", Landspace "Cucue-2" (ZQ-2) və Orienspace "Gravity-1" raketləri ilə buraxılışlar həyata keçirirlər.
İranda neft obyektində yanğın baş verib...
ABŞ-da anomal soyuq hava 10 nəfərin...
Sarayevo dünyanın ən çirkli havasına...
Hindistanda iki yol qəzasında 13 nəfər...
ABŞ-da qar fırtınası...