Los Ancelesdəki yanğınları lazer silahları başlatdı? ABŞ-da yeni sui-qəsd nəzəriyyələri: ehtimal, yoxsa həqiqət…
Los-Ancelesi məhv edən meşə yanğınlarının necə başladığı hələ də müəmmalı qalır. Sosial mediada bir çox sui-qəsd nəzəriyyələri irəli sürülür. Bunlardan biri də yanğının yönəldilmiş enerji silahları ilə törədildiyi iddiasıdır. Ekspertlər bu iddialara nə deyir? Los-Ancelesdə böyük dağıntılara səbəb olan və azı 24 nəfərin ölümünə səbəb olan meşə yanğınlarının səbəbləri hələ də müzakirə mövzusudur.
Sosial mediada irəli sürülən iddialardan biri də yanğının lazer silahı ilə başladığına dair sui-qəsd nəzəriyyəsidir.Lakin ekspertlər deyirlər ki, alovlar qeyri-adi güclü Santa Ana küləkləri və quru hava şəraitilə körüklənib və lazer silahlarından istifadə edildiyinə dair heç bir sübut yoxdur. Oxşar iddialar ispan və fransız dillərində Instagram, Threads və Rumbleda da yayılıb.
Bəziləri bu iddiaları 2023-cü ildə Maui meşə yanğınları ilə bağlı oxşar təkzib edilmiş nəzəriyyələrlə, o cümlədən damın müəyyən rəngləri olan evlərin qorunduğuna, tikililər və nəqliyyat vasitələrinin yanmasına baxmayaraq ağacların ayaqda qalmasına dair sübutlarla əlaqələndirib.
Uzun müddət sui-qəsd nəzəriyyələrinin hədəfi olsa da, hərbi istifadə üçün hazırlanmış eksperimental enerji silahları ilə əlaqələndirən heç bir dəlil yoxdur. Mütəxəssislər meşə yanğınlarının bölgədə illərdir problem olduğunu və qeyri-adi quru hava şəraitinin və güclü küləklərin onları daha da pisləşdirdiyini deyirlər.
Yerli Meteoroloji Xidmət və hökumət bölmələrinin xəbərdarlıqları yanvarın 7-də təhlükəli yanğın şəraitini proqnozlaşdırmışdı.Kaliforniya Universitetinin professoru və Milli Yanğından Mühafizə Agentliyinin Məsləhət Şurasının sədri Maykl Qollner deyi ki, yağışın olmaması səbəbindən quru yanacaq və həddindən artıq külək yanğınların çox sürətlə yayılmasına səbəb olub. Hansı kiçik qığılcımın başladığının əhəmiyyəti yoxdur, çünki küləklər çox yüksəkdir və bitki örtüyü o qədər qurudur ki, yanğınsöndürənlər heç nə edə bilmirlər.Professorun fikrincə, yönləndirilmiş enerji silahlarının olması ehtimalı azdır”.
Kolorado Universitetinin Milli Təhlükəsizlik Təşəbbüsləri Mərkəzinin direktoru və yönləndirilmiş enerji silahları üzrə ekspert İain Boyd isə deyir ki, yüksək enerjili lazerlərdən istifadə edən hərbçilər üçün əsas problemlərdən biri məsafədə faydalı təsirlər yaratmağa görə tələb olunan yüksək güc səviyyələridir.
"Bitki örtüyünü göydən yüksək enerjili lazerlə alovlandırmaq üçün tələb olunan güc səviyyəsi təyyarəyə quraşdırılmış böyük enerji təchizatı tələb edir. “-deyən Boyd yanğınların başladığını göstərən bəzi görüntülərdə lazer şüalarının yaşıl olduğunu, lakin yüksək enerjili lazerlərdən gələn şüaların görünməz olduğunu söyləyib.
İranda neft obyektində yanğın baş verib...
ABŞ-da anomal soyuq hava 10 nəfərin...
Sarayevo dünyanın ən çirkli havasına...
Hindistanda iki yol qəzasında 13 nəfər...
ABŞ-da qar fırtınası...