22 yanvar 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Havanın çirklənməsi İranda  minlərlə  insanın ölümünə səbəb olub

20-01-2025
IMG

İranın səhiyyə naziri Məhəmməd Rza Zəfərqandi havanın çirklənməsinin ölkədə keçən il təxminən 50 min insanın ölümünə səbəb olduğunu bildirib. 

Fhnews.az xəbər verir ki, “Tesnim” Xəbər Agentliyinin məlumatına görə, nazir Milli Təmiz Hava Günü Konfransında çıxışı zamanı bu barədə məlumat verib və əlavə edib ki,ölənlərin 12,56 %-i, yəni təxminən 50 min insan hava çirkliliyi səbəbindən həyatını itirib.

Havanın çirklənməsinin vurduğu iqtisadi ziyanın 12 milyard dollar civarında olduğunu qeyd edən Zəfərqandi "Beynəlxalq standartlar hər kubmetr havada 5 mikroqramdan çox hissəciklərin olmasını çirklilik olaraq qəbul edir, biz bunu 12 mikroqram olaraq təyin edirik.”-deyib. 

Bildirilir ki, Tehranda havanın çirklənməsinə şəhərin hava sirkulyasiyasının qeyri-kafi olması, əhalinin sıxlığı, köhnə model avtomobillər və geniş istifadə olunan motosikletlərin buraxdığı işlənmiş qazlar səbəb olur.

Paylaş: