Bakıda unlu qənnadı məmulatlarının emalı və satışı müəssisəsində yoxlama aparılıb
Bakı şəhəri, Qaradağ rayonu, 28 May küçəsi, ev 23 ünvanında fiziki şəxs Abdurrahman Tatarcıoğluna məxsus “Qardaşlar” unlu qənnadı məmulatlarının emalı və satışı müəssisəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılmış yoxlama zamanı texniki normativ-hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu aşkarlanıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, müəssisədə xammalların qəbulu və saxlanılması sahələrində sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, qida məhsullarının döşəmədən ara məsafə gözlənilmədən saxlanıldığı, işçi heyətin ilkin və dövri tibbi müayinələrdən keçmədiyi müəyyən edilib.
Faktla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, istehsal dayandırılıb.
Qarabağ və Şərqi Zəngəzurda məşğulluq...
ANAMA və UNICEF arasında əməkdaşlığın...
Bakıda unlu qənnadı məmulatlarının emalı...
Mütəxəssis: Meymunçiçəyi xəstəliyi...
Küləkli hava şəraiti ilə bağlı sarı və...