Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışığı olub
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 22-də Türkiyənin xarici işlər naziri Hakan Fidana zəng vurub.
Azərbaycanın Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Ceyhun Bayramov Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğın ilə əlaqədar başsağlığı diləklərini çatdırıb. Vəfat edən şəxslərə Allahdan rəhmət, doğmalarına səbir, yaralılara şəfa arzulayıb.
Azərbaycanın qardaş Türkiyə ilə bu çətin günlərdə həmrəy olduğu, kədərini bölüşdüyü diqqətə çatdırılıb, bir daha belə bir faciənin baş verməməsinə ümidvarlıq ifadə edilib. Ölkəmizin istənilən yardıma hazır olduğu diqqətə çatdırılıb.
Nazir Hakan Fidan başsağlığına, bu ağır gündə göstərilən dəstəyə görə təşəkkür edib.
Milli Məclisin sədri İtaliya Deputatlar...
Baş nazir Əli Əsədov Türkiyənin...
Milli Məclisdə TÜRKPA-ya üzv ölkələrin...
Azərbaycanın və Türkiyənin xarici işlər...
Azərbaycan və Böyük Britaniya XİN...