Yanvarın 27-dən ümumi təhsil müəssisələrində qış tətili başlayacaq
Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında” müvafiq qərarına əsasən yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ili üzrə qış tətili başlayacaq.
Tətil 27-31 yanvar tarixlərini (5 gün) əhatə edəcək. Bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.
Qeyd edək ki, 5 günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 3 fevral, 6 günlük iş həftəsi ilə işləyən ümumtəhsil müəssisələrində isə 1 fevral tarixi tətildən sonra ilk iş günüdür.
Yanvarın 27-dən ümumi təhsil...
Mübadilə proqramı çərçivəsində xaricdə...
Azərbaycanın iki universiteti “Times...
Ədəbiyyat İnstitutunda “Ekoloji roman:...
“Ümumi təhsil müəssisələrinin növlər...