Baş nazir Əli Əsədov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb
Yanvarın 22-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdəki fəaliyyət müddətinin bitməsi ilə əlaqədar Türkiyə Respublikasının fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, Əli Əsədov iki ölkə arasında münasibətlərin inkişafına verdiyi töhfəyə görə səfirə təşəkkür edib.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin yüksək səviyyəsi təqdir edilib, iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Milli Məclisin sədri İtaliya Deputatlar...
Baş nazir Əli Əsədov Türkiyənin...
Milli Məclisdə TÜRKPA-ya üzv ölkələrin...
Azərbaycanın və Türkiyənin xarici işlər...
Azərbaycan və Böyük Britaniya XİN...