23 yanvar 2025, cümə axşamı Bakı, 9°C
IMG-LOGO

Türkiyədəki yanğın nəticəsində ölənlərin sayı artıb

22-01-2025
IMG

Türkiyənin Bolu Respublika Baş Prokurorluğu Kartalkaya xizək mərkəzindəki oteldə həyatını itirənlərin sayının DNT testləri nəticəsində 79-a yüksəldiyini açıqlayıb.

Fhnews.az xəbər verir ki, Türkiyənin ədliyyə naziri Yılmaz Tunc yanğın faciəsi ilə bağlı 11 nəfərin saxlanıldığını bildirib. Saxlanılanlar arasında Bolu Bələdiyyəsinin yanğınsöndürmə xidməti və idarəsinin başçıları da var. İstintaqa altı respublika prokuroru ilə yanaşı, bir sıra aidiyyəti qurumların mütəxəssisləri də cəlb ediliblər.

Türkiyənin Səhiyyə Nazirliyi hadisə zamanı yaralanaraq xəstəxanalara yerləşdirilənlərdən 39-nun evə buraxıldığını, 12 nəfərin isə müalicəsinin davam etdirildiyini açıqlayıb.

Paylaş: