23 yanvar 2025, cümə axşamı Bakı, 8°C
IMG-LOGO

Ötən il Energetika Nazirliyi və tabeli qurumlara 9000-dən çox müraciət daxil olub

23-01-2025
IMG

2024-cü ildə Energetika Nazirliyi və tabeliyində olan qurumlara, ümumilikdə, 9128 vətəndaş müraciəti daxil olub.

Nazirlikdən verilən məlumata görə, müraciətlərin 7670-i müvafiq qaydada icra edilib, 1229-u məlumat xarakterli, 229 müraciət isə icradadır.

Müraciətlər əsasən elektrik enerjisi şəbəkəsinə qoşulma, texniki şərtin verilməsi, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, qazlaşma, sayğacların quraşdırılması, icazələr və digər mövzularla bağlı olub.

Hesabat dövründə nazirliyin aparatının və tabeli qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən 379 vətəndaş qəbul olunub və qəbullar zamanı səsləndirilən müraciətlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

 

Paylaş: