23 yanvar 2025, cümə axşamı Bakı, 8°C
IMG-LOGO

Son bir ildə əlilliyi olan 13 minə yaxın şəxs məşğulluq tədbirlərinə cəlb edilib

23-01-2025
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən məşğulluq xidmətlərinin icrasında həssas əhali qruplarına, o cümlədən əlilliyi olan şəxslərə üstünlük verilir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, son bir ildə bu kateqoriyadan olan 13 minə yaxın şəxs məşğulluq tədbirlərinə cəlb edilib və onlardan 10,9 min şəxs münasib işlərlə təmin edilib.

Həmçinin ötən il əlilliyi olan 1,5 min şəxs özünüməşğulluq proqramına cəlb edilib. Onlar proqram çərçivəsində mal və materiallarla təmin olunaraq öz kiçik təsərrüfatlarını qurublar.

Agentlik tərəfindən son bir ildə əlilliyi olan 500-ə yaxın şəxs isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığına cəlb edilib.

Paylaş: