Malavidə ildırım vurması və fırtına səbəbindən ölənlərin sayı 31-ə çatıb
Malavidə son üç ay ərzində ildırım vurması və fırtına səbəbindən ölənlərin sayı 31-ə çatıb.
Fhnews.az Sinxua agentliyinə istinadla xəbər verir ki, ildırım vurmasından 22 nəfər, fırtına səbəbindən isə 9 nəfər həlak olub.
Fəlakətlərin İdarə Olunması İşləri Departamentinin hesabatına görə, xəsarət alanların ümumi sayı da 382-yə yüksəlib.
Qeyd edək ki, rəqəmlərə dekabrın ortalarında 13 nəfərin ölümü və 29 nəfərin yaralanması ilə nəticələnən Çido tropik siklonunun vurduğu itkilər daxil deyil.
İsrailin Milli Təhlükəsizlik Nazirinin...
Türkiyədə mədəndə partlayış olub...
Hakkaridə 3,5 bal gücündə zəlzələ olub...
İrlandiyada məktəblər “Eowyn”...
Kerç boğazında Rusiya gəmilərindən sızan...