24 yanvar 2025, cümə Bakı, 7°C
IMG-LOGO

Tayvanda 120 mindən çox iquana məhv ediləcək

23-01-2025
IMG

Tayvanda 120 mindən çox yaşıl iquanın kənd təsərrüfatı sektoruna mənfi təsir göstərdiyi səbəbiylə məhv edilməsi planlaşdırılır.

“Taipei Times” qəzetinin məlumatına görə, Tayvanın Kənd Təsərrüfatı Nazirliyi ölkədəki iquana populyasiyası ilə bağlı açıqlama verib.Açıqlamada ölkənin cənub və mərkəzi bölgələrində iquana populyasiyasında artım olduğu bildirilib.Açıqlamada çörək pulunu əkinçiliklə təmin edən bölgədə iquanaların məhsula mənfi təsir göstərdiyi vurğulanıb və 120 mindən çox yaşıl iquaanın məhv ediləcəyi açıqlanıb.Bildirilir ki, ölkə daxilində təxminən 200 min yaşıl iquana yaşayır və öldürülən hər iquana üçün ödəniş ediləcək.

Qeyd edək ki, ötən il Tayvanda 70 min iquana məhv edilib.

Paylaş: