İsrailin Milli Təhlükəsizlik Nazirinin yerinə müvəqqəti təyinat
İsrailin Turizm Naziri Haim Katz Qəzzada atəşkəs və məhbus mübadiləsi razılaşmasına qarşı çıxaraq İsraildə hökumətdən istefa verən ifrat sağçı Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvirin yerinə müvəqqəti təyin edilib.
“The Times of Israel” qəzetinin xəbərinə görə, bu gün İsrail Nazirlər Kabinetində HƏMAS ilə əldə edilən atəşkəs və məhbus mübadiləsi razılaşmasına reaksiya olaraq istefa verən ifrat sağçı nazir Ben-Qvirin yerinə Katzın təyin edilməsi üçün səsvermə keçirilib.
Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşmasına qarşı olduğunu tez-tez vurğulayan Ben-Qvir razılaşmanın qüvvəyə mindiyi 19 yanvarda Yəhudi Gücü partiyasından nazirlərlə birlikdə hökumətdən istefa verdiyini açıqlayıb.
Səudiyyə Ərəbistanında robotla ürək...
Türkiyədə çökən mədəndən 2 nəfər xilas...
İsrailin Milli Təhlükəsizlik Nazirinin...
Türkiyədə mədəndə partlayış olub...
Hakkaridə 3,5 bal gücündə zəlzələ olub...