Türkiyədə yanğınla bağlı son məlumat açıqlanıb
Türkiyənin Ədliyyə Nazirliyi ölkənin Bolu vilayətində yerləşən Kartalkaya xizək mərkəzində baş verən yanğınla bağlı son məlumatı açıqlayıb. Bildirilib ki, hadisə zamanı həlak olan bütün şəxslərin kimlikləri müəyyən edilib və buna əsasən yanğında həyatını itirənlərin sayının 78 olduğu bildirilib.
Fhnews.az xəbər verir ki, hadisə ilə bağlı açıqlama verən Türkiyənin ədliyyə naziri Yılmaz Tunç istintaq çərçivəsində Bolu Bələdiyyəsinin yanğınsöndürmə xidmətinin başçısı, yanğınsöndürmə idarəsinin müdiri, iş yeri sahibi, şirkətin baş direktoru və otel müdiri də daxil olmaqla, ümumilikdə 11 şəxsin saxlanıldığını deyib.
Səhiyyə Nazirliyindən yanğın zamanı xəsarət alanlarla bağlı verilən açıqlamada xəstəxanalarda müalicə alanlardan 40 nəfərin evə buraxıldığı, 10 nəfərin isə müalicəsinin davam etdirildiyi bildirilib.
Qeyd edək ki, “Grand Kartal” hotelindəki yanğınla əlaqədar ilkin zərər-təhlili hesabatı tamamlanıb və binanın ağır zədələndiyi müəyyən edilib. Yekun hesabatdan sonra, binanın bərpası və ya uçurulması isə bağlı qərar qəbul ediləcək.
Səudiyyə Ərəbistanında robotla ürək...
Türkiyədə çökən mədəndən 2 nəfər xilas...
İsrailin Milli Təhlükəsizlik Nazirinin...
Türkiyədə mədəndə partlayış olub...
Hakkaridə 3,5 bal gücündə zəlzələ olub...