24 yanvar 2025, cümə Bakı, 7°C
IMG-LOGO

Kerç boğazında Rusiya gəmilərindən sızan neftin ətraf mühitə yaratdığı təhlükə davam edir

23-01-2025
IMG

Qara dəniz və Azov dənizini birləşdirən Kerç boğazında iki zədələnmiş Rusiya tanker gəmisindən neft sızmasının ətraf mühitə yaratdığı təhlükə Rusiyada bir aydan çoxdur davam edir.

2024-cü il dekabrın 15-də Kerç boğazında fırtına nəticəsində ayrı-ayrı qəzalara düşən Rusiyaya məxsus “Volqoneft-212” və “Volqoneft-239” tanker gəmilərinin zədələnməsi nəticəsində neft sızması baş verib.

Tankerlərdən dənizə cəmi 4 min ton neft sızdığı təxmin edilərkən, Rusiya Fövqəladə Hallar Nazirliyi federal səviyyədə fövqəladə vəziyyət elan edib.

Bir çox məmurlar və könüllülər nefti təmizləmək üçün çalışarkən, Rusiya Prezidenti Vladimir Putin ölkənin bəzi sahil şəhərlərində sızan neftin yaratdığı çirklənməni son illərin ən böyük ekoloji təhlükələrindən biri kimi qiymətləndirib.

Rusiyalı ekspertlər neftin ətraf mühitə təsirini, görülən tədbirləri və vəziyyətin həlli yollarını qiymətləndiriblər.

Rusiya Təbii Sərvətlər və Ekologiya Nazirliyinin İctimai Şurasının üzvü və Müstəqil Dövlətlər Birliyinin Ekoloji Təhsil Şurasının üzvü Vladimir Pinayev neftin dənizə sızmasının ətraf mühit üçün ciddi problemlər yaratdığını bildirib və deyib ki, vəziyyət ciddidir və bunun nəticələrinin aradan qaldırılması qüvvə və resursların səfərbər edilməsini tələb edir. 

Ölkədə neftin təmizlənməsi prosesinin davam etdiyinə diqqət çəkən Pınayev əlavə edib ki, çirklənməni tez bir zamanda aradan qaldırmaq və çirklənmə səviyyəsini izləmək lazımdır. Bunun üçün davamlı olaraq fəaliyyət göstərəcək bir müdaxilə qrupunun yaradılması vacibdir. 

Rusiya Xalqlar Dostluğu Universitetinin  Ekologiya İnstitutunun direktor müavini İrina Qolovaçeva da dizel yağının müəyyən dərəcədə dənizdə hərəkət edə biləcəyini və bunun nəzərə alınması lazım olduğunu bildirib.

Dizel yanacağının canlılar üçün təhlükə yaratdığına diqqət çəkən Qolovaçevanın sözlərinə görə, dizel yanacağının tərkibində karbohidrogenlər var. Bir çoxunun zəhərli və kanserogen təsirləri var. Bu səbəbdən canlılarda zəhərlənmə əlamətləri ola bilər, selikli qişalarda qıcıqlanma, allergiya yarana bilər. Dizel yanacağının bədənlə uzun müddət təması mutasiyaya və bədxassəli şişlərə səbəb ola bilər.

Paylaş: