23 yanvar 2025, cümə axşamı Bakı, 9°C
IMG-LOGO

Türkiyənin ilk “İqlim Qanunu” hazırlanır

23-01-2025
IMG

İqlim dəyişikliyi ilə mübarizə üçün hüquqi infrastruktur təmin edəcək Türkiyənin ilk "İqlim Qanunu Təklifi" Türkiyə Böyük Millət Məclisinin gündəmində olacaq.

Araşdırmalar tamamlandıqdan sonra təklif Türkiyə Böyük Millət Məclisinin Sədrinə təqdim olunacaq və  müzakirəyə çıxarılacaq.
Onun qəbulundan sonra Türkiyənin ilk “İqlim Qanunu” qüvvəyə minəcək və iqlim dəyişikliyi ilə mübarizə üçün hüquqi infrastruktur təmin ediləcək.

Qanun layihəsində iqlim dəyişikliyi ilə mübarizədə bütün dövlət qurum və təşkilatlarının, fiziki və hüquqi şəxslərin bir-biri ilə əməkdaşlıq etmələri üzrə vəzifə və öhdəlikləri yer alacaq. Bu məsuliyyət və öhdəliklərdə coğrafi ərazilər və ya sektorlar arasında heç bir fərq olmayacaq.

Təklifə əsasən, 2053-cü il üçün xalis sıfır emissiya hədəfinə nail olmaq və istixana qazı emissiyalarının azaldılması çərçivəsində Milli Töhfə Bəyannaməsində və strategiya sənədlərində göstərilən tədbirlər çərçivəsində nazirliklərə vəzifələr veriləcək.

Dairəvi iqtisadiyyat yanaşmasına uyğun olaraq bərpa olunan enerji və təmiz texnologiyalardan istifadə artırılacaq, İqlim Dəyişikliyi üzrə Yerli Fəaliyyət Planları hazırlanacaq. Bu fəaliyyət planlarında mərkəzsizləşdirmə prinsipi nəzərə alınmaqla ehtiyaclar və risklər müəyyən ediləcək.

Sıfır tullantı sisteminin tətbiqi və yayılması üçün qaydalar hazırlanacaq,iqlim dəyişikliyinin ekosistemlərə və biomüxtəlifliyə təsirlərinin azaldılması və ekosistemin davamlı idarə olunması üçün tədbirlər görüləcək.

İqlim dəyişikliyi ilə mübarizə çərçivəsində “yaşıl investisiyalar” müəyyən ediləcək,iqlim maliyyəsi, iqlim dəyişikliyinin təşviqi və yaşıl taksonomiya tədqiqatlarına hüquqi əsas veriləcək.

Paylaş: