Süni intellekt düzgün idarə olunmasa Pandoranın qutusuna çevrilə bilər
Çin Baş nazirinin müavini Dinq Şüeşiang süni intellekt kimi inkişaf edən texnologiyaların bəşəriyyət üçün böyük ümidlər daşıdığını, lakin düzgün idarə edilməzsə, gözlənilməz mənfi nəticələrə səbəb ola biləcəyini söyləyib.
Dinq İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun illik toplantısında texnoloji innovasiya və süni intellektlə bağlı qiymətləndirmələr edib.Süni intellekt kimi texnologiyaların inqilabi nəticələr yaratdığına diqqət çəkən Dinq "Əlibabanın mağarası kimi süni intellekt insanlığa böyük ümidlər vəd edir, lakin düzgün idarə olunmazsa Pandoranın qutusuna çevrilə bilər"-deyib.
Dinq bu cür təməlqoyma texnologiyalarının güclü inkişafın mühərrikinə çevrilə biləcəyinə, eyni zamanda risk mənbəyi ola biləcəyinə diqqət çəkərək inkişaf və təhlükəsizlik, tərəqqi və sabitlik arasında tarazlığın vacib olduğunu vurğulayıb.
Süni intellektin qlobal idarə edilməsinin bir problem olduğuna və BMT-nin nüvə təhlükəsizliyi və bioloji təhlükəsizlik sahələrində olduğu kimi bu mövzuda da doğru rol oynaya biləcəyinə diqqət çəkən Dinq əlavə edib ki, əgər ölkələrin nizamsız rəqabət aparmasına icazə verilsə, süni intellekt hər kəsin qabaqcadan gördüyü təhlükəyə çevriləcək.
Çinin elmin heç bir sərhədi olmadığını və bütün bəşəriyyətə fayda verməsi lazım olduğuna inandığını ifadə edən Dinq bu səbəbdən 160-dan çox ölkə və bölgə ilə elmi və texnoloji yollarla əməkdaşlıq etdiklərini, elmi və texnoloji imkanları paylaşaraq bu sahədəki boşluğu aradan qaldırmağı hədəflədiklərini söyləyib.
UNESCO və ÜMT 2025-ci ili Buzlaqların...
Miqrantların uşaqları arasında rus...
Filippində 5,7 bal gücündə zəlzələ baş...
Dünyanın ən böyük çiçəyi İndoneziyada...
Türkiyənin ilk “İqlim Qanunu” hazırlanır...