24 yanvar 2025, cümə Bakı, 7°C
IMG-LOGO

Azərbaycan ilə Belarus arasında ikitərəfli əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

23-01-2025
IMG

Yanvarın 23-də xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasının ölkəmizdəki səfiri Andrey Ravkovu Azərbaycandakı diplomatik fəaliyyətini başa vurması münasibətilə qəbul edib.

XİN-dən verilən məlumata görə, nazir Ceyhun Bayramov səfir Andrey Ravkova Belarusun Azərbaycandakı səfiri olduğu dövrdə səmərəli fəaliyyətinə görə təşəkkür edib, ona gələcək işlərində uğurlar arzu edib.

İki ölkə arasında mövcud strateji tərəfdaşlığın inkişafında ali və yüksəksəviyyəli təmasların, qarşılıqlı səfərlər və beynəlxalq platformalar çərçivəsində fikir mübadilələrinin əhəmiyyəti vurğulanıb.

Xüsusilə, iqtisadiyyat, ticarət, investisiyalar sahəsində əməkdaşlığın geniş perspektivlərinin olduğu bildirilib, bu istiqamətdə Azərbaycan ilə Belarus arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın fəaliyyətinin vacibliyi qeyd olunub.

Regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Səfir Andrey Ravkov ölkəmizdə fəaliyyət göstərdiyi müddətdə qarşılıqlı faydalı əməkdaşlıq və dəstəyə görə təşəkkür edib, Azərbaycan-Belarus strateji tərəfdaşlığının bundan sonra da yüksələn xətt üzrə inkişafına əminliyini ifadə edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş: