Gürcüstan Milli Əqli Mülkiyyət Mərkəzi Azərbaycana məxsus musiqi əsərlərinin hüquqlarının pozulması məsələsinə aydınlıq gətirəcək
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi Gürcüstan Milli Əqli Mülkiyyət Mərkəzi -“SAKPATENTİ”nin rəhbərliyinə məktub göndərib.
Agentlikdən verilən məlumata görə, məktubda Gürcüstanın 1TV.CE, “İMEDİ” və “Rustavi” telekanallarında Azərbaycana məxsus “Basqalı” rəqsinin “Somxuri şalaxo” - erməni şalaxosu” kimi təqdim edilməsinin və “Bu qala, daşlı qala" adlı Azərbaycan xalq mahnısından istifadə olunarkən onun mənbəyinin və mənsub olduğu xalqın adının göstərilməməsinin səbəblərinin araşdırılaraq müvafiq tədbirlərin görülməsi, bu barədə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə məlumat verilməsi və bir daha belə halların təkrarlanmaması üçün məsələnin daim nəzarətdə saxlanılması xahiş edilib. Həmçinin bildiririk ki, hüquq pozuntularını təsdiq edən müvafiq materiallar da “SAKPATENTİ”yə təqdim edilib. “SAKPATENTİ” bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə cavab olaraq bildirib ki, Gürcüstanda yayımlanan televiziya kanallarında musiqi əsərlərinin hüquqlarının pozulması ilə bağlı qeyd edilən məsələyə aydınlıq gətirəcək.
“SAKPATENTİ” hüquq pozuntuları ilə bağlı daha ətraflı hüquqi məlumat və vasitələr təqdim etməklə yanaşı, bu cür pozuntuların qarşısının alınması və hüquqların bərpası üçün tədbirlərin görülməsi məqsədilə müvafiq televiziya kanallarına müraciət edib, məsələyə dair hərtərəfli araşdırma və cavab məktubu gözləyir. Əlavə olaraq, bu məsələyə dair məhkəmə və hüquqi mexanizmlərin də daha geniş şəkildə tətbiq olunacağı xüsusi qeyd olunub.
“SAKPATENTİ” rəhbərliyi bildirib ki, bu məsələyə dair təhlil və cavabları diqqətlə izləyəcək, hüquqi mübahisələrin həlli üçün lazımi tədbirləri görməyə davam edəcəkdir.
Gürcüstan Milli Əqli Mülkiyyət Mərkəzi...
Sabah taksi sürücüləri üçün növbəti...
PMS imtahanının II mərhələsində 1088...
Dövlət orqanlarında 512 vakant vəzifə...
TOEFL iBT imtahanı keçiriləcək...