Davosda keçirilən Dünya İqtisadi Forumunda ənənəvi mövzularla yanaşı, yeni dövrün çağırışları, texnoloji inqilab, süni intellektin (Sİ) təklif etdiyi imkanlar, yaratdığı təhlükələr və gələcəkdə transformasiya potensialı ilə bağlı müxtəlif formatlarda debatlar keçirilir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi Aygün Əhmədova bildirib ki, Sİ-nin sənayeləri inqilabi şəkildə dəyişdirməsi və tam potensialını reallaşdırması üçün aparılan müzakirələr gələcək addımların müəyyənləşdirilməsində mühüm rol oynayır. Forum çərçivəsində “İntellektual əsrdə sənayelər” (Industries in the Intelligent Age) mövzusunda 120-dən çox natiqin təmsil olunduğu 30-dan çox sessiyanın keçirilməsi planlaşdırılıb. Dünya İqtisadi Forumunun (DİF) keçirdiyi sorğuların nəticələrinə əsasən, rəhbər şəxslərin 83%-i süni intellekti təşkilatları üçün strateji prioritet olaraq qəbul edirlər. Lakin müxtəlif sektorlar arasında süni intellektin tətbiqi və inkişafı səviyyələrində nəzərəçarpan fərqlər var.
Forumda Sİ-nin enerji sektorunda rolu, xüsusilə neft və qaz hasilatında istehsalın artırılması və ətraf mühitə təsirin azaldılması yolları müzakirə olunur. Eyni zamanda, səhiyyə sahəsində süni intellektin tətbiqi ilə dərman istehsalı və xəstəliklərin daha effektiv diaqnozu təklif edilir. Qida istehsalı və təchizat zəncirində proseslərin təkmilləşdirilməsində də süni intellektin rolu və dayanıqlı inkişaf təşəbbüsləri vurğulanıb. Spikerlər Sİ-nin biznes transformasiyasındakı rolu, şirkətlərin rəqəmsallaşmada üzləşdiyi çağırışlar və tərəfdaşlıqların əhəmiyyətindən danışıblar. Bulud texnologiyaları və Sİ vasitəsilə məlumatların idarə edilməsi, müştəri təcrübəsinin təkmilləşdirilməsi və rəqəmsal infrastrukturun gələcək perspektivləri də diqqət mərkəzindədir. Qeyd olunub ki, bulud texnologiyalarında süni intellektin tətbiqi sürətlənsə belə, məlumat inteqrasiyası ilə bağlı problemlər var. Bildirilib ki, şirkətlərin 74%-i süni intellektin genişmiqyaslı tətbiqi ilə bağlı çətinliklərlə üzləşir, yalnız 16% qurumlar bu prosesə tam hazırdır. Sənayelər öz biznes strategiyalarını təkcə bu əsas texnoloji dəyişikliklərə görə deyil, həm də seysmik geoiqtisadi dəyişiklikləri nəzərə alaraq uyğunlaşdırmalıdırlar. Liderlər bu dərin və struktur dəyişikliklərə uyğunlaşmaq və onlardan tam yararlanmaq üçün yeni liderlik alətləri ilə təchiz olunmalıdırlar.
Aygün Əhmədova bildirir ki, "Elektrikli avtomobillərin təchizat zəncirlərinin düzgün qurulması" mövzusunda panel müzakirədə avtomobil sənayesinin liderləri, siyasətçilər və ekspertlər elektrikli avtomobillərin təchizat zəncirlərinin optimallaşdırılması və davamlılığının təmin edilməsi məsələlərini müzakirə ediblər. Elektrikli avtomobil bazarının sürətlə genişlənməsi ilə əlaqədar olaraq təchizat zəncirlərinin dayanıqlılığı və şəffaflığı daha çox əhəmiyyət kəsb etməyə başlayıb. Xüsusilə, batareya istehsalı üçün vacib olan xammalın, məsələn, litium və kobaltın etibarlı və etik mənbələrdən təmin edilməsi zərurəti vurğulanıb. Elektrikli avtomobillərin təchizat zəncirlərinin düzgün qurulması, həm də karbon emissiyalarının azaldılması və iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynayır. Süni intellekt, kvant hesablaması, biotexnologiya, robototexnika və avtomatlaşdırma və digər sahələrdə irəliləyişlər çoxsaylı imkanlar təqdim etsə də, yeni texnologiyalar enerji tələbatını artırır. Sektorun elektrik enerjisinə tələbatı 2026-cı ildə 1000 teravat saata (TWh) çata bilər, halbuki bu gün bu rəqəm 460 TWh-dır.
İİTKM-in baş məsləhətçisi bildirir ki, "İntellektual əsrdə sənayelər: Kriptovalyuta yol ayrıcında" panelində rəqəmsal aktivlər üçün perspektivlər və siyasət dəyişikliklərinin maliyyə sisteminə təsiri müzakirə olunub. Rəqəmsal aktivlərin, kriptovalyutaların qlobal maliyyə sisteminə sürətli, ucuz və səmərəli təsiri vurğulanıb. Qeyd olunub ki, kriptovalyutalar və blokçeyn texnologiyası bank xidmətlərinə çıxışı olmayan insanlar üçün əlverişli fürsətlər yaradır. İnsanlar öz maliyyə vəsaitlərini daha sərbəst idarə edə və müxtəlif iqtisadi imkanlardan yararlana bilirlər. Bu perspektiv texnologiyanın maliyyə sahəsində imkanlarını genişləndirsə də, dövlətlərin və maliyyə qurumlarının dəyişikliklərə reaksiyası müzakirə mövzusudur.
Aygün Əhmədovanın fikrincə, süni intellekt yalnız texnoloji bir alət deyil, həm də cəmiyyətlər, sənayelər və hökumətlər üçün strateji mexanizmlərin müəyyən olunmasında mühüm rol oynayır. Bu istiqamətdə fəaliyyətdə DİF öz tərəfdaşları vasitəsilə daha böyük təsirə nail olmaq üçün dövlət və özəl sektorun səylərini birləşdirir.
İİTKM-in baş məsləhətçisi Azərbaycanın Dünya İqtisadi Forumu ilə əlaqələrinin qlobal əməkdaşlıqlar baxımından əhəmiyyət kəsb etdiyini bildirir. Onun sözlərinə görə, Azərbaycanın müxtəlif sektorlarında Sİ-nin tətbiqi həm iqtisadiyyatın şaxələndirilməsinə, həm də qlobal rəqabət qabiliyyətinin artırılmasına töhfə verə bilər. DİF-in Süni İntellekt İdarəetmə Alyansı və onun “Süni intellektlə sənayelərin transformasiyası” (AI Transformation of Industries) təşəbbüsü Azərbaycan şirkətlərinə beynəlxalq təcrübələrdən faydalanmaq, yeni tərəfdaşlıqlar qurmaq və texnologiyanın iqtisadiyyata və cəmiyyətə müsbət təsirini artırmaq üçün əlverişli platforma təqdim edir. Bu təşəbbüs ölkənin innovasiya potensialını artırmaqla yanaşı, qlobal miqyasda öz mövqeyini möhkəmləndirmək üçün vacib addımdır.