Azərbaycanda coğrafi məlumatlara dair yeni dövlət standartları qəbul edilib
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) coğrafi məlumatlara dair yeni dövlət standartlarını qəbul edib.
Dövlət Xidmətindən verilən məlumata görə, dövlət standartları bunlardır: AZS ISO 19103:2024 “Coğrafi məlumat. Konseptual sxemin dili”, AZS ISO 19108:2024 “Coğrafi məlumat - Müvəqqəti sxem”, AZS ISO 19109:2024 “Coğrafi məlumat - Tətbiq sxeminin qaydaları”, AZS ISO 19117:2024 “Coğrafi məlumat - Təsvir”, AZS ISO 19118:2024 “Coğrafi məlumat - Kodlaşdırma”, AZS ISO 19119:2024 “Coğrafi məlumat - Xidmətlər”, AZS ISO 19131:2024 “Coğrafi məlumat - Məlumat məhsulunun spesifikasiyası”, AZS ISO/TS 19139-1:2024 “Coğrafi məlumat - XML sxeminin həyata keçirilməsi - 1-ci hissə: Kodlaşdırma qaydaları”, AZS ISO 19142:2024 “Coğrafi məlumat – Veb-xidmətlərin xüsusiyyətləri”, AZS ISO 19144-1:2024 “Coğrafi məlumat - Təsnifat sistemləri - 1-ci hissə: Təsnifat sisteminin strukturu”, AZS ISO 19157-1:2024 “Coğrafi məlumat - Məlumatların keyfiyyəti”.
Sözügedən standartlar coğrafi məlumatların toplanılması, saxlanılması, mübadiləsi, idarə edilməsi, modelləşdirilməsi, zamanla əlaqəli dəyişikliklərin izlənilməsi, məlumatların vizualizasiyası, kodlaşdırılması və təqdim olunması prosesləri haqqında qaydaları müəyyən edir.
Eyni zamanda, standartların tətbiqi fərqli qurumlar arasında məlumatların vahid texniki platforma üzərindən istifadəsinə, dövlət qurumları və ictimaiyyət üçün məkan məlumatlarına şəffaf və asan çıxış imkanlarına, habelə rəqəmsal hökumət və rəqəmsal iqtisadiyyat təşəbbüslərinin həyata keçirilməsinə şərait yaradacaq.
Qeyd edək ki, yeni dövlət standartları “İnformasiya-kommunikasiya texnologiyaları” (AZSTAND/TK 05) standartlaşdırma üzrə Texniki Komitədə müzakirəyə çıxarılıb və institut tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Bakı metrosunun iş vaxtı 1 saat...
Azərbaycanda coğrafi məlumatlara dair...
Sosial-iqtisadi inkişaf Strategiyası...
ADY Bakı-Ağstafa-Bakı marşrutu üzrə...
Avropa İttifaqı keçən il elektrik...