Səudiyyə Ərəbistanında robotla ürək əməliyyatı aparılıb
Səudiyyə Ərəbistanındakı Kral Faysal Mütəxəssis Xəstəxanası və Araşdırma Mərkəzi robot yardımlı texnologiyadan istifadə edərək süni ürək pompası implantasiyasını uğurla həyata keçirdiyini açıqlayıb.
Xəstəxanadan verilən açıqlamaya görə, cərrahiyyə əməliyyatı ürək çatışmazlığı, böyrək və ağ ciyərində ağırlaşmaları olan 35 yaşlı xəstə üzərində aparılıb. Əməliyyatda ABŞ-nın sağlamlıq texnologiyaları şirkəti “Abbott” tərəfindən hazırlanmış HeartMate 3 süni ürək nasosundan istifadə edilib.
Qabaqcıl ürək çatışmazlığı olan xəstələrə dəstək vermək üçün nəzərdə tutulmuş HeartMate 3 cihazı robot köməyi ilə cərrahi travmanı azaltmaqla sağalma prosesini sürətləndirir.
Səudiyyə Ərəbistanında robotla ürək...
Türkiyədə çökən mədəndən 2 nəfər xilas...
İsrailin Milli Təhlükəsizlik Nazirinin...
Türkiyədə mədəndə partlayış olub...
Hakkaridə 3,5 bal gücündə zəlzələ olub...