Sumqayıtda yataqxanada baş verən yanğında xəsarət alanlardan üçünün vəziyyəti orta ağırdır
Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən yataqxana binasında ilkin ehtimala görə qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayış nəticəsində 4 nəfər (2-si böyük, 2-si uşaq olmaqla) Sumqayıt Tibb Mərkəzinin nəzdində olan tibb müəssisələrinə yerləşdirilib.
Fhnews.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, 1986-cı il təvəllüdlü (kişi cinsli) və 1990-cı il təvəllüdlü (qadın cinsli) şəxslər Təcili Tibbi Yardım Xəstəxanasına, 2013-cü il təvəllüdlü (kişi cinsli), 2008-ci il təvəllüdlü (qadın cinsli) şəxslər isə Uşaq Xəstəxanasına yerləşdirilib.
Müxtəlif növ yanıq xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. 1986-cı il təvəllüdlü şəxsin vəziyyəti stabil, digərlərinin vəziyyətləri isə orta ağır olaraq qiymətləndirilir.
Baş Prokurorluqda aktual hüquqi...
Ötən ay məcburi dövlət sosial sığorta...
DOST Agentliyinin fəaliyyətinə dair...
Zərərli orqanizm aşkarlanan nektarin...
Sabah paytaxtda 24, rayonlarda 29 dərəcə...