14 mart 2025, cümə Bakı, 14°C
IMG-LOGO

Sosial sahə üzrə e-xidmətlərə yanvar ayında 254 min müraciət qeydə alınıb

26-02-2024

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə 2024-cü ilin ilk ayında 254 min müraciət qeydə alınıb.

Fhnews.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ölkənin sosial reyestri olan e-sosial.az portalından həmin dövrdə 810,4 min dəfə istifadə olunub.

Sosial ödənişlər üzrə 24,4 min təyinat e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib, nazirliyin fəaliyyət sahələrinə dair 42 min e-arayış verilib.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlar tərəfindən daxil olan sorğularla birgə yanvar ayında ümumilikdə nazirliyin informasiya bazalarına 43 milyon e-sorğu və müraciət qeydə alınıb.

Paylaş: