Prokurorluq: Qaradağlı kənd sakininin mina partlayışı nəticəsində xəsarət alması faktı üzrə araşdırma aparılır
Fevralın 4-də saat 17 radələrində əvvəllər təmas xətti olmuş Tərtər rayonunun Qızıloba kənd ərazisində baş vermiş mina partlayışı nəticəsində ərazidə heyvan otaran 2001-ci il təvəllüdlü Tərtər rayonunun Qaradağlı kənd sakini Əliyev Həsənli Şahin oğlunun xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Fhnews.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən veriən məlumata görə, hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir, digər zəruri istintaq hərəkətləri aparılır.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma gedir.
18:34
Fevralın 4-də saat 18 radələrində Tərtər rayonu Qızıloba kəndi ərazisində mina partlayışı ilə bağlı polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan verilən məlumata görə, rayonun Qaradağlı kənd sakini 2001-ci il təvəllüdlü Əlizadə Həsənəli Şahin oğlu heyvanları örüş sahəsindən gətirərkən minaya düşüb. O, ayağından xəsarət alıb. Polis əməkdaşları tərəfindən vətəndaş xəstəxanaya təxliyyə edilib.
Baş Prokurorluqda aktual hüquqi...
Ötən ay məcburi dövlət sosial sığorta...
DOST Agentliyinin fəaliyyətinə dair...
Zərərli orqanizm aşkarlanan nektarin...
Sabah paytaxtda 24, rayonlarda 29 dərəcə...