MDB-nin ekspertləri yeraltı sularla bağlı məsələlər üzrə əməkdaşlığın inkişafı Proqramının layihəsini müzakirə ediblər
MDB-nin İcraiyyə Komitəsinin şöbəsində Birliyin iştirakçısı olan dövlətlərin ekspert qrupunun 2030-cu ilə qədər olan dövr üçün “MDB-nin iştirakçısı olan dövlətlərin yeraltı suların tədqiqi, istifadə edilməsi, mühafizəsi və monitorinqi sahəsində əməkdaşlığının inkişafı Proqramı” və onun həyata keçirilməsi ilə bağlı Tədbirlər Planının layihələrinin razılaşdırılmasına dair iclası keçirilib.
Fhnews.az MDB İcraiyyə Komitəsinin saytına istinadla xəbər verir ki, iclasda sənədlərin layihələri üzrə Birliyin iştirakçısı olan dövlətlər tərəfindən təqdim olunmuş təkliflər və iradlar ətraflı müzakirəsi olunub.
Proqram və Planın layihələri MDB-nin iştirakçısı olan dövlətlərin sərhədyanı yeraltı suların ehtiyat potensialının balanslaşdırılmış dövlətlərarası istifadəsinin hidrogeoloji əsaslarının yaradılması məqsədi daşıyır. Sənədlərin layihələri yeraltı su ehtiyatlarının davamlı və bərabərhüquqlu istifadəsini təmin edəcək səmərəli nəzarət mexanizmlərini işləyib hazırlamağa imkan verəcək, bununla da əhalinin həyat səviyyəsi ekoloji təhlükəsizlik və MDB-nin iştirakçısı olan dövlətlərin qarşılıqlı faydalı iqtisadi əməkdaşlığı əsasında yüksələcək.
Qeyd edilmiş sənəd layihələri MDB-nin iştirakçısı olan dövlətlərdə də razılaşdırıldıqdan sonra müəyyən edilmiş qaydada əlavə olaraq baxılmaq üçün Birliyin ali orqanlarına göndəriləcək.
Baş Prokurorluqda aktual hüquqi...
Ötən ay məcburi dövlət sosial sığorta...
DOST Agentliyinin fəaliyyətinə dair...
Zərərli orqanizm aşkarlanan nektarin...
Sabah paytaxtda 24, rayonlarda 29 dərəcə...