14 mart 2025, cümə Bakı, 14°C
IMG-LOGO

Məktəbəhazırlıq qruplarına elektron qəbul prosesində rus bölməsi üzrə prioritet tətbiq edilən məktəblərə sərbəst qəbul başlayır

01-08-2024
IMG

Avqustun 1-i saat 11:00-dan sentyabrın 13-dək uşaqların məktəbəhazırlıq qruplarına elektron qəbulu prosesində rus bölməsi üzrə üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrində boş qalan yerlərə sərbəst qəbul aparılacaq.

Fhnews.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, qeyd edilən tarixdən sonra rus bölməsi üzrə məktəb və müəllim seçimində üstünlük hüququ nəzərə alınmayacaq.

Üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinin siyahısı “mektebeqebul.edu.az” saytında təqdim olunub.

Paylaş: