“Qida məhsullarında çirkləndirici maddələrin yolverilən maksimum miqdarına dair sanitariya normaları və qaydaları”na dəyişiklik edilib
Qida Təhlükəsizliyi Agentliyi Kollegiyasının “Bitki adı ilə adlandırılan yağlara dair minimum keyfiyyət və təhlükəsizlik tələbləri”nin, “Heyvan mənşəli qida məhsullarında baytarlıq preparatlarının təsnifatı üzrə farmakoloji aktiv maddələrin qalıq miqdarına dair sanitariya normaları və qaydaları”nın və “Qida məhsullarında çirkləndirici maddələrin yolverilən maksimum miqdarına dair sanitariya normaları və qaydaları”nın təsdiq edilməsi barədə” 2020-ci il 18 dekabr tarixli 20 nömrəli Qərarında dəyişiklik edilib. Bununla bağlı agentliyın Kollegiyası tərəfindən Qərar qəbul olunub. Sənədə əsasən, 20 nömrəli Qərarla təsdiq edilmiş “Qida məhsullarında çirkləndirici maddələrin yolverilən maksimum miqdarına dair sanitariya normaları və qaydaları”nın 1 nömrəli əlavəsinə müvafiq redaksiyada 4.3-cü bənd əlavə olunub.
Fhnews.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, Avropa Qida Təhlükəsizliyi Qurumu tərəfindən aparılan araşdırma zamanı rafinasiya prosesinin nəticəsi olaraq günəbaxan, qarğıdalı, zeytun, kokos, palma və digər bu kimi müxtəlif bitki yağlarında, balıq yağında və digər dəniz canlılarından alınan yağlarda müəyyən emal çirkləndiricilərinin yaranması ilə bağlı məlumatları ehtiva edən hesabat dərc olunub. Həmin hesabatda 2 emal çirkləndiricisinin: 3-monoxloropropandiol (MCPD) və onların yağ turşusu efirlərinin və qlisidil yağ turşusu efirlərinin (GE) yaranması, habelə bu maddələrin insan həyat və sağlamlığına zərərli təsirləri ilə bağlı məlumatlar öz əksini tapıb.
Bütün bunlara əsasən, qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırma məqsədilə agentliyin Kollegiyasının müvafiq Qərarı ilə təsdiq edilmiş “Qida məhsullarında çirkləndirici maddələrin yolverilən maksimum miqdarına dair sanitariya normaları və qaydaları”na dəyişiklik edilərək rafinasiya olunmuş müxtəlif bitki yağları, balıq yağı və digər dəniz canlılarından alınan yağlarda, habelə bəzi məhsullarda 3-monoxloropropandiol (MCPD) emal çirkləndiricisinin insan həyat və sağlamlığı üçün təhlükəsiz olan yolverilən maksimum həddi tənzimlənib.
Əlavə olaraq onu da qeyd edək ki, bitki yağlarının rafinasiya prosesi zamanı yaranan digər emal çirkləndiricisi - qlisidil yağ turşusu efirlərinin miqdarı 2020-ci ildən tənzimlənir.
Baş Prokurorluqda aktual hüquqi...
Ötən ay məcburi dövlət sosial sığorta...
DOST Agentliyinin fəaliyyətinə dair...
Zərərli orqanizm aşkarlanan nektarin...
Sabah paytaxtda 24, rayonlarda 29 dərəcə...