ICESCO biotullantıların qida məhsuluna çevrilməsi üzrə layihələri dəstəkləyir
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş qərargahında sıfır aclığı təmin etmək üçün biotullantıların qida məhsuluna çevrilməsi prosesinin işlənib hazırlanması üzrə birinci müsabiqənin qaliblərinə mükafatlar təqdim edilib.
Fhnews.az təşkilatın məlumatına istinadla xəbər verir ki, bu təşəbbüs ICESCO-ya üzv dövlətlərdə Dayanıqlı İnkişaf Məqsədlərinin (SDGs) ikinci məqsədi ilə üst-üstə düşür. Tədbirdə müsabiqənin final mərhələsinə vəsiqə qazanmış və ilk üç qalib komandadan biri olmaq üçün öz layihələrini ekspertlərdən ibarət münsiflər heyətinə təqdim etmiş beş komanda iştirak edib.
Təşkilata üzv dövlətlərin səfirləri, rəsmiləri, tədqiqatçılar və beynəlxalq universitetlərdən olan tələbələrin iştirak etdiyi mərasim “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.
ICESCO-nun Baş direktoru Salim Əl-Malik mərasimdəki çıxışında bildirib ki, qida təhlükəsizliyinin təmin edilməsi və üzvi tullantıların idarə olunması kimi iki ciddi problemlə üzləşən dünyada belə layihələrin keçirilməsi böyük əhəmiyyətə malikdir. O, ixtisaslı komandaların işini yüksək qiymətləndirib, onların müasir dövrümüzün ən aktual problemlərindən birinin, yəni qida təhlükəsizliyinin həllində innovativ təşəbbüslərini xüsusi vurğulayıb. Baş direktor, həmçinin komandaların təkcə aclığa son qoymaqla deyil, həm də tullantıların yayılmasının yaratdığı ekoloji problemlərlə mübarizə aparmaqla sıfır aclığa nail olmaq məqsədi daşıyan ikinci SDG-yə töhfələrini qeyd edib.
Baş direktor vurğulayıb ki, müasir texnologiyalar qida tullantılarının təkrar emalı sahəsində tərəqqiyə nail olmağa imkan verir və onun rəhbərlik etdiyi təşkilat bu sahədə yeni layihələri dəstəkləyəcək.
Mərasimin sonunda birinci müsabiqənin qalibləri - Misir, Pakistan, Malayziya komandalarına pul mükafatları təqdim edilib.
Baş Prokurorluqda aktual hüquqi...
Ötən ay məcburi dövlət sosial sığorta...
DOST Agentliyinin fəaliyyətinə dair...
Zərərli orqanizm aşkarlanan nektarin...
Sabah paytaxtda 24, rayonlarda 29 dərəcə...